
Layihə haqqında
Xocalı rayonunda Radio-Televiziya Yayım Stansiyasının teleqülləsi
Qüllə dörd hissədən ibarətdir: monolit dəmir-beton özül hissəsi, metal gövdə, UHF TV anten sistemi və ildırımötürən. Dəmir-beton hissə planda dairəvidir: üç zirzəmi səviyyəsi, bir mərtəbə və texniki mərtəbə.
Qüllənin içində 300 kq yükqaldırma qabiliyyəti olan texniki lift, +114,996 m səviyyəsində isə yükqaldırıcı kran nəzərdə tutulub. Fasad alüminium panellərlə üzlənir; gövdənin ətrafında +61,154 m səviyyəsinədək bəzək elementli metal şəbəkə var.
| Ümumi hündürlük | 127,90 m |
|---|---|
| Dəmir-beton hissə | ±0,000 – +9,30 m |
| Metal gövdə | +9,30 – +116,444 m |
| UHF TV anten sistemi | +116,444 – +126,536 m |
| İldırımötürən | +126,536 – +127,90 m |
| Zirzəmi səviyyələri | −12,40; −8,10; −4,05 m |
| Lift | 300 kq, 0,59 m/san |
| ±0,000 səviyyəsi | dəniz səviyyəsindən 1 607,00 m |
| İş müddəti | 01.01.2025 – 31.12.2026 |










